Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Levon Ter-Petrosyan: “Ermənistanın inkişafı Qarabağ probleminin həllindən asılıdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Levon Ter-Petrosyan: “Ermənistanın inkişafı Qarabağ probleminin həllindən asılıdır”

Levon Ter-Petrosyan: “Ermənistanın inkişafı Qarabağ probleminin həllindən asılıdır”


“Ermənistanın güclü dövlət olmasının yolu Türkiyə ilə münasibətlərin normallaşmasından və Dağlıq Qarabağ konfliktinin həllindən keçir”.
Bu sözləri Ermənistanın keçmiş və ilk prezidenti Levon Ter-Petrosyan deyib.
Ermənistanın müstəqilliyinin 21-ci ildönümü ilə bağlı açıqlama verən müxalif Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bildirib ki, Ermənistan güclü dövlət olmaq üçün Türkiyə ilə münasibətləri normallaşdırmalı, Dağlıq Qarabağ problemini həll etməli və korrupsiyanı (fəsade mali) aradan qaldırmalıdır: “Burada tapmaca tapmağa ehtiyac yoxdur. Sadaladığım problemləri həll edin, görün Ermənistan necə dövlət olacaq”.
İndiki prezident Serj Sarkisyanı tənqid edən L. Ter-Petrosyan bu problemlərin həlli üçün siyasi iradə lazım olduğunu söyləyib.

Geri dön