Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı və Sabirabadda nümayəndəlikləri açılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı və Sabirabadda nümayəndəlikləri açılıb

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı və Sabirabadda nümayəndəlikləri açılıb


Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəlikləri Saatlı və Sabirabad rayonlarında fəaliyyətə başlayıb. GİKM-dən bildiriblər ki, bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin rəhbərliyi, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq.
Regionlarda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə nümayəndəliklər vasitəsilə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak imkanı qazanacaqlar. Gənclərin bu imkanlardan yararlanmalarının və sıx əməkdaşlığa cəlb olunmalarının vacibliyi qeyd edilib. Həmçinin diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq, bir çox şəhər və rayonda Gənclərin İnkişaf və Karyera mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Yaxın bir neçə ay ərzində ölkənin bütün şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində GİKM-in nümayəndəlikləri yaradılacaq.
Açılış tədbirləri gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam edib. Region gəncləri, həmçinin “Gənc könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.

DAVAM.AZ


Geri dön