Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Küveyt praktikasından istifadə edərək Ermənistandan təzminat tələb edə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Azərbaycan Küveyt praktikasından istifadə edərək Ermənistandan təzminat tələb edə bilər

Azərbaycan Küveyt praktikasından istifadə edərək Ermənistandan təzminat tələb edə bilər


AMEA-nın İnsan Hüquqları İnstitutunda Azərbaycan prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyyət Proqramının (MFP) 2.1 bəndinin icrasının müzakirəsinə həsr edilmiş dəyirmi masa keçirilib.

Tədbirdə institut rəhbərliyi ilə yanaşı, müxtəlif nazirliklərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

İnstitutun direktoru, deputat Aytən Mustafayeva bildirib ki, MFP-nin 1.2 bəndi ilə bağlı tədbirin keçirilməsində əsas məqsəd Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan çox qaçqın və köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi pozulması, işğal nəticəsində Azərbaycanın təbii və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsində beynəlxalq, regional və milli çərçivədə hüquqi vasitələrdən istifadə etməklə müsbət nəticələrin əldə edilməsi üçün hazırlıq işlərinin müzakirə olunmasıdır.
A. Mustafayeva çıxışında Küveyt təcrübəsindən söz açaraq deyib ki, bu ölkə İraqın işğalı ilə bağlı kompensasiya alıb. Onun sözlərinə görə, Küveyt İraqdan 177 milyard dollar tələb edib. Lakin BMT bu rəqəmi 41,8 milyard dollara qədər azaldıb. İndiyədək İraq Küveytə 17,5 milyard dollar təzminat ödəyib. A. Mustafayeva dünyada belə bir təcrübəyə diqqət çəkərək Azərbaycanın da bu praktikadan istifadə edə biləcəyinə işarə edib.

Tədbirdə müxtəlif nazirliklərin, QHT-lərin nümayəndələri çıxış edərək Milli Fəaliyyət Proqramının 2.1 bəndinin icrası ilə əlaqədar öz təkliflərini İnsan Hüquqları İnstitutunun rəhbərliyinə yazılı şəkildə təqdim edib.

Geri dön