Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəal Həkimə Əhmədi 2 il müddətinə həbs olundu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Milli fəal Həkimə Əhmədi 2 il müddətinə həbs olundu

Milli fəal Həkimə Əhmədi 2 il müddətinə həbs olundu


İran adlı molla rejiminin Güney Azərbaycan Milli Hərəkatına və onun fəallarına qatşı apardığı siyasi proses hələ də davam edir. Ötən gün Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan Həkimə Əhmədini 583 günlük müvəqqəti həbsdən sonra onu 2 il həbsə məhkum edib. Milli fəala qarşı rejim onu şərləyərək
“rejimin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq”da ittiham edib.
Qeyd edək ki, Güney Azərbaycanın Marağa şəhərində yerləşən rejimın zindanında tutuqlanan Həkimə Əhmədi 2018-ci il oktyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq rejimin ən qəddar qurumu olan ETTELAT İdarəsinin Mərənd şəhərindəki təcridxanasına aparılmışdır. İşgəncə edilən milli fəal ağır xəsarət almış və bir müddət xəstəxanaya köçürülmüşdür. Fəal daha sonra isə rejimin Marağada yerləşən zindanına köçürülüb. Güney Azərbaycan Milli Hərəkatının fəalı ona qarşı irəli sürülən bu qanunsuzluğa görə həbsdə olduğu 16 ay müddətində bir neçə dəfə aclıq aksiyası keçirib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön