Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Budo üzrə XII açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Budo üzrə XII açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Budo üzrə XII açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib


“Sərhədçi” İdman Olimpiya Mərkəzində budo döyüş növləri üzrə XII açıq Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışda rayon və şəhərlərdən 50-yə yaxın klubdan 400 idmançı iştirak edib. Bundan əlavə turnirdə Tunis, Türkiyə, İran, Gürcüstan və Hindistan idmançıları da mübarizə aparıblar.
Ölkə birinciliyində idmançılar uşaqlar (7-9 yaş), yeniyetmələr (10-12, 13-15 yaş), gənclər (16-18 yaş) və böyüklər (18 yaşdan yuxarı) kateqoriyalarında qüvvələrini sınayıblar. Yarışlar semi-kontakt, full-kontakt, fri-kontakt, layt-kontak, sabaki citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilib. Medal sayına görə Azərbaycan idmançıları digər ölkələri qabaqlayaraq birinci olublar. İran idmançıları ikinci, Tunis təmsilçiləri isə üçüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, qalib idmançılar Gənclər və İdman Nazirliyi və Azərbaycan Budo Döyüş Növləri Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.

DAVAM.AZ

Geri dön