Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hərbi Dəniz Qüvvələrində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Hərbi Dəniz Qüvvələrində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Hərbi Dəniz Qüvvələrində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib


Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə “N” hərbi hissənin şəxsi heyəti, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasəti, SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğının acı nəticələri, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri qətliam, amansızlıq və vəhşiliyin təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş vandalizm aktı olduğu bir daha vurğulanıb. Sonda tədbir iştirakçılarına xalqımızın faciəvi tarixini əks etdirən fotoşəkillərdən ibarət sərgi və sənədli film göstərilib.

DAVAM.AZ

Geri dön