Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərkəzi Şahmat Klubunda keçirilən rapid turnirinin qalibləri bəlli olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Mərkəzi Şahmat Klubunda keçirilən rapid turnirinin qalibləri bəlli olub

Mərkəzi Şahmat Klubunda keçirilən rapid turnirinin qalibləri bəlli olub


Mərkəzi Şahmat Klubunda beynəlxalq usta, əməkdar məşqçi, FIDE məşqçisi Orxan Abdulovun təşkilatçılığı ilə rapid üzrə reytinq turniri keçirilib. Şahmatçılar yarışda A və B turnirlərində mübarizə aparıblar.
Yarışın A turnirində 7 turdan 6 xal toplayan Nail Bəşirli qalib olub. Qızların mübarizəsində 5 xalla Ayan Allahverdiyeva fərqlənib. Yarışın B turnirində isə oğlanlar arasında Fərid Məmmədov 6,5 xalla birinci yeri tutub. Qızlar arasında isə Aysu Məmmədli 4 xalla turnirin qalibi adını qazanıb.
Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Rəhim Qasımov olub. İsveçrə sistemi üzrə keçirilən yarışlar 7 turdan ibarət olub.

DAVAM.AZ

Geri dön