Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xocalı soyqırımı ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində baxılmamasına aydınlıq gətirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Xocalı soyqırımı ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində baxılmamasına aydınlıq gətirilib

Xocalı soyqırımı ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində baxılmamasına aydınlıq gətirilib


“Həm Serj Sərkisyan, həm Robert Kösəryan barədə 1988-1992-ci illərdə Dağlıq Qarabağda azərbaycanlı əhalisinə qarşı zorakılıq və törədilən cinayətlərlə bağlı cinayət işləri var”.
Bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.
E. Tağıyev bildirib ki, Xocalı soyqırımı ilə bağlı 39 nəfər barəsində İnterpola müraciət edilib: “Həmin şəxslərdən indiyə qədər saxlanılanlar yoxdur. Cavab belədir ki, bu istiqamətdə işlər davam edir”.
Xocalı soyqırımı ilə bağlı məsələyə Beynəlxalq Cinayət Məhkəməsində baxılmamasına aydınlıq gətirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə qeyd edib ki, Xocalı faciəsi 1992-ci ildə baş verib, Beynəlxalq Cinayət Məhkəməsi isə 2002-ci ildə yaradılıb: “Bu günə qədər nə Azərbaycan nə Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir. Ona görə də Xocalı ilə bağlı ancaq milli səviyyədə həmin şəxslər barəsində cinayət işi açılıb”.

DAVAM.AZ

Geri dön