Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azər Süleymanov sərt danışdı: "Xocalı soyqırımını bütün dünya tanımalıdır"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Azər Süleymanov sərt danışdı: "Xocalı soyqırımını bütün dünya tanımalıdır"

Azər Süleymanov sərt danışdı: "Xocalı soyqırımını bütün dünya tanımalıdır"


“Azərbaycanın Xocalı şəhərində 28 il öncə törədilən qətliamı bütün dünya soyqırımı kimi tanımalıdır”.
Bunu parlamentin deputatı Azər Süleymanov bildirib. Onun sözlərinə görə, bu faciənin soyqırımı olması barədə faktlar mövcuddur: “Xocalı faciəsi yalnız ildönümü günündə deyil, ilboyu xatırlanmalı və bu barədə faktlar dünya ictimaiyyyətinə fəal olaraq çatdırılmalıdır”.
A.Süleymanov Gürcüstan parlamentində Xocalı soyqırımı ilə bağlı bir neçə dəfə çıxış etdiyini və qanunverici orqanın faciəyə qiymət verməsi məsələsini qaldırdığını qeyd edib. Deputat Xocalı həqiqətlərinin Gürcüstan ictimaiyyətinə çatdırılması üçün genişmiqyaslı tanıtım aksiyalarına ehtiyacın olduğunu deyib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön