Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Tutuqlu milli fəal Əli Əzizi ETTELAAT-ın təcridxanasına köçürüldü
Tutuqlu milli fəal Əli Əzizi ETTELAAT-ın təcridxanasına köçürüldü |
İran adlı ölkədə qanunsuz olaraq 41 ildir diktatura rejimi qurmuş mollakratiya ötən illərdə olduğu kimi, Güney Azərbaycan Milli Hərəkatına qarşı sərt mövqeyindən bir qanunsuz olaraq yenidən tutuqlanan Güney Azərbaycan Milli Hərəkatının fəalı Əli Əzizi fevralın 26-da ailəsi ilə qısa telefon əlaqəsində rejimin Təbrizdəki ETTELAAT İdarəsinin təcridxanasına köçürüldüyünü bildirib. Milli fəal anası ilə danışığında hansı ittiham üzrə saxlandığından xəbərsiz olduğunu bildirib.
Qeyd edək ki, irqçi fars rejimin təhlükəsizlik qüvvələri fevralın 23-də fəalın ata evinə hücum edərək onu tutuqlayıblar. Milli fəalın ailəsi rejimin təhlükəsizlik qüvvələrinin məhkəmə hökmünü təqdim etmədiyi üçün onlara müqavimət göstərib. Lakin məmurlar fəalı qanunsuz şəkildə yaxalayıb naməlum istiqamətə aparmışdılar. DAVAM.AZ “Təbriz Bürosu” (Güney Azərbaycan) Geri dön |