Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kanadada parlamentin və Ermənistan səfirliyinin önündə etiraz aksiyaları keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Kanadada parlamentin və Ermənistan səfirliyinin önündə etiraz aksiyaları keçirilib

Kanadada parlamentin və Ermənistan səfirliyinin önündə etiraz aksiyaları keçirilib



Fevralın 26-da Kanadanın Ottava şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı etiraz aksiyaları keçirilib. Kanadanın Parlament binasının önündə baş tutan piketdə Ontario Azərbaycan İcması, Azərbaycan-Türk Kanada Assosiasiyası, Azərbaycan Kanada Multikultural Mərkəzi, Azərbaycan Qadınlarına Dəstək Mərkəzi, Monreal Kanada-Azərbaycan Cəmiyyəti, Qarabağ Azərbaycan dili məktəbi və ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan təşkilatları və icmaları iştirak ediblər. Aksiyaçılar əllərində Azərbaycan, Türkiyə və Kanada bayraqlarını, "Xocalıya ədalət!" posterini, "Kanada oyan! Xocalıya ədaləti dəstəklə!", "Biz ədalət tələb edirik! Ermənistan beynəlxalq qanunlara riayət etməlidir!", "Övladlarınıza nifrəti öyrətməyin, onlara sevgi və sülhü öyrədin!", "Erməni yalanlarını durdurun!", "Mən Qarabağdanam, evimi geri istəyirəm!", "Siz arxivlərinizi aça bilmirsiniz, çünki onlar yalan üzərində qurulub", "Erməni terroruna YOX!", "Azərbaycana qarşı erməni terrorunu durdurun!" və sair şüarlar yazılmış plakatları tutublar. Bütün şüarlar ingilis və fransız dillərində səsləndirilib. Daha sonra soydaşlarımız polisin müşayiətilə Ermənistanın Kanadadakı səfirliyinin önünə doğru yürüş ediblər.
Ermənistan səfirliyinin qarşısındakı piketdə Oğuz Türk, Dəniz Savalan, Mirəli Mahmudzadə, Yeganə Cəfərova, Kəmalə Şiriyeva və Elməddin Məmmədov çıxış ediblər. Onlar Xocalıda baş verən dəhşətli hadisələrdən danışıblar. Qeyd edilib ki, erməni silahlı dəstələri Xankəndində yerləşmiş 366-cı motoatıcı diviziyanın zirehli texnikası və hərbçiləri ilə birgə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə blokadada olan Xocalıya hücum edərək, dinc azərbaycanlılara qarşı soyqırımı törədiblər. 28-ci ildönümü tamam olan bu dəhşətli faciə zamanı 613 nəfər (o cümlədən 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca) həlak olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər yaralanıb (76 uşaq), 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Natiqlər bu dəhşətli cinayəti törətmiş erməni cəlladlarının beynəlxalq məhkəmə qarşısında cavab verməsini, Xocalı faciəsinin soyqırımı kimi tanınmasını, Ermənistanın işğalçı siyasətinə son qoyulmasını, erməni silahlı qüvvələrinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağdan çıxarılmasını, Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasını tələb ediblər.

DAVAM.AZ
“Ottava Bürosu” (Kanada)

Geri dön