Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xalq artisti Ağaxan Salmanlı vəfat edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Afişa, Bildiriş > Xalq artisti Ağaxan Salmanlı vəfat edib

Xalq artisti Ağaxan Salmanlı vəfat edib


Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı vəfat edib.
Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

O, 1978-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.

Geri dön