Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nur-Sultanda hava durumu ilə bağlı fövqəladə vəziyyət davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Nur-Sultanda hava durumu ilə bağlı fövqəladə vəziyyət davam edir

Nur-Sultanda hava durumu ilə bağlı fövqəladə vəziyyət davam edir


Qazaxıstanda 2020-ci ilin qış fəsli tarixə rekord rəqəmlər yazıb. Ümumilikdə ilin əvvəlindən Nur-Sultanda yağan qar 56 il (1964-cü il) öncə yağan yağıntının rekordunu geridə qoyub.

Havaların şaxtalı və çovğunlu keçməsi səbəbindən yollar 21 dəfə bağlanılıb, hava limanında ümumilikdə 50-dən çox uçuş təxirə salınıb. Orta məktəblərdə 18, ali məktəblərdə isə 6 günlük məcburi tətil elan olunub. Yanvarın 2-dən paytaxta elan olunan fövqəladə vəziyyət hələ də davam edir.

Küləyin sürəti saniyədə 30-35 metrə çatıb, avtomobil yollarında görmə həddi sıfra bərabərdir. Paytaxtın “Astana Arena” idman oyunları sarayının qarın çoxluğundan damı çöküb. 41 milyon kubmetr qar daşınıb ki, bu da 300 mindən çox yük maşınıdır. Paytaxt xidmət şirkətləri yağan qarı vaxtında təmizləmədikləri üçün 5,7 milyon təngə (15127 ABŞ dolları) cərimə olunublar.

Geri dön