Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı fəallar Əhər zindanında aclıq aksiyasına başlayıb – Koronavirusun həbsxanada yayılması ilə əlaqədar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı fəallar Əhər zindanında aclıq aksiyasına başlayıb – Koronavirusun həbsxanada yayılması ilə əlaqədar

Güney azərbaycanlı fəallar Əhər zindanında aclıq aksiyasına başlayıb – Koronavirusun həbsxanada yayılması ilə əlaqədar


Əhər zindanında koronavirus yayıldıqdan sonra həbsxanada saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Saleh Molla İbrahimi və Süleyman Kazimi aclıq aksiyasına başlayıb.



Müxtəlif mənbələrdən əldə olunan məlumatlara görə, Əhər zindanında bir neçə məhbus koronavirusa yoluxub. Zindanın məsulların yoluxanların karantinə alındığını iddia edib.



Azərbaycanlı fəallar məsullardan siyasi məhbusların saxlandığı korpusu adi məhbusların bölümündən ayırmasını tələb ediblər. Lakin onlar bu tələblərinə görə ağır şəkildə işgəncə edilib, feallar hazırda aclıq aksiyası keçirməkdədir.



Adını çəkdiyimiz fəallar İran televiziyasında yayımlanan məlum təhqiramiz “Fitilə” verilişinə edilən etirazlarla əlaqədar saxlanılıb və həbs cəzasına məhkum edilib.



Məhkəmə Saleh Molla Abbasini 10 ay, Süleyman Kazimini isə 7 ay azadlıqdan məhrum edib.



Ötən günlərdə müxtəlif insan hüquqları qurumları İran rejiminə müraciət edərək ölkədə koronavirusun yayılması ilə əlaqədar siyasi məhbusları müvəqqəti azadlığa buraxmağa çağırıblar.

Geri dön