Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı jurnalist xanımı "Sepah" həbs etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney azərbaycanlı jurnalist xanımı "Sepah" həbs etdi

Güney azərbaycanlı jurnalist xanımı "Sepah" həbs etdi


Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan jurnalist xanım Məlihə Bərqi Sedqiyani İran adlı ölkənin molla rejiminin cəza zopası kimi bilinən Ettelat idarəsi tərəfindən həbs edilib. "Urmu Yazarları Birliyi"nin üzvü olan xanım Məlihə Sedqiyani "Sepah" terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən tutulub.
"Sepah" xanıma qarşı ictimai asayişi pozmaq ittihamı irəli sürüb. Onun harada və hansı şəraitdə saxlandığı, eləcə də səhəti ilə bağlı heç bir bilgi verilmir.
Qeyd etmək lazımdır ki, son dövrlər Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təzyiqlər artmaqdadır. İran adlı ölkənin molla rejiminin təhlükəsizlik qüvvələri güneyli fəalları müxtəlif saxta ittihamlarla həbs edərək, keçirilən sifarişli məhkəmə prosesləri vasitəsilə uzun müddətli həbs cəzalarına məhkum edirlər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön