Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Budo Döyüş Növləri Federasiyasının idmançıları Gürcüstanda 7 medal qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan Budo Döyüş Növləri Federasiyasının idmançıları Gürcüstanda 7 medal qazanıblar

Azərbaycan Budo Döyüş Növləri Federasiyasının idmançıları Gürcüstanda 7 medal qazanıblar


Gürcüstanın Rustavi şəhərində qraplinq, K-1 və MMA üzrə beynəlxalq turnir keçirilib.
Turnirdə ölkəmizi təmsil edən Azərbaycan Budo Döyüş Növləri Federasiyasının (ABDNF) idmançıları MMA versiyası üzrə qüvvələrini sınayıblar. Onlardan Nurəli Novruzov (40 kq), Təbriz İsaqov (50 kq), Malik Əhmədov (55 kq), Rauf Tapdıqlı (60 kq) və Nihat Nəsibov (70 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançılarımız - Elşən Əliyev (65 kq) və Pərviz Kərimli (60 kq, K-1) finalda məğlub olaraq gümüş medalla kifayətləniblər. Turnirdə Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya idmançıları iştirak ediblər. Qeyd edək ki, döyüşçülərimiz yarışda ABDNF-in baş hakimi Ceyhun Hacıyevin rəhbərliyi altında mübarizə aparıblar.

DAVAM.AZ

Geri dön