Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstintaq təcridxanasına narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > İstintaq təcridxanasına narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb


Penitensiar Xidmətin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Qafarov Namiq Alim oğluna anası Bakı şəhər sakini Qafarova Nailə Vəli qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan yeməyin içərisində gizlədilmiş bükülülərdə 0,785 qram narkotik maddə - heroin və 0,206 qram psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ

Geri dön