Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nigeriyada müsəlmanların yaşadığı kəndlərdə 50 nəfər öldürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İslam dini > Nigeriyada müsəlmanların yaşadığı kəndlərdə 50 nəfər öldürülüb

Nigeriyada müsəlmanların yaşadığı kəndlərdə 50 nəfər öldürülüb


Nigeriyanın Kaduna vilayətində müsəlmanların yaşadığı iki kənddə 50 nəfər öldürülüb.

Bu barədə "Africa-CGTN" informasiya agentliyi vilayətin qubernatoru Nasir Əl-Rubaiyə istinadla məlumat yayıb.

Qubernator bildirib ki, müsəlman əhalinin çoxluq təşkil etdiyi vilayətdə kəndlərə tez-tez silahlı hücumlar olur. Bununla belə, vilayətin rəhbəri silahlı dəstələrlə danışıqları istisna edib. Qubernatorun sözlərinə görə, Nigeriya ordusu vəziyyətə müdaxilə etməlidir. Əks-təqdirdə daha böyük faciələr baş verə bilər.

Vilayətin qubernatoru aralarında qadın və uşaqların da olduğu faciə qurbanlarının dəfn mərasimində iştirak edib.


Geri dön