Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlirza Rəisi: “İranda koronavirusdan ölənlərin sayı 77-ə, yoluxanların sayı 2 min 336 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əlirza Rəisi: “İranda koronavirusdan ölənlərin sayı 77-ə, yoluxanların sayı 2 min 336 nəfərə çatıb

Əlirza Rəisi: “İranda koronavirusdan ölənlərin sayı 77-ə, yoluxanların sayı 2 min 336 nəfərə çatıb


İran səhiyyə nazirinin müavini Əlirza Rəisi martın 3-də jurnalistlərlə görüşündə ölkədə koronavirus qurbanları ilə bağlı yeni statistikanı açıqlayıb.



O deyib ki, dünəndən bu günə qədər daha 11 nəfər vurisdan həyatını itirib: “Bununla da bizdə olan statistikaya əsasən, bu gün günorta saatlarına qədər ölkədə koronavirusdan ölənlərin sayı 77-ə, yoluxanların isə sayı 2 min 336 nəfərə çatıb.



Ümumilikdə, ölkədə virus daşıyıcısı olmaqda şübhəli bilinən 5 min 731 nəfərdən analiz götürülüb. Onlardan isə 2 min 336 nəfərin testi müsbət çıxıb” -deyə, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi jurnalistlərə açıqlamasında bəyan edib.



Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə virusdan ölənlərin sayının 77-yə, yoluxanların sayının 2 min 336 nəfərə çatdığını elan etsə də, İranın tibb mərkəzlərindəki qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.


Həmin mənbələrin dediyinə görə, İran rejimi virus qurbanlarının sayını azaltmaqla, öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır.

Geri dön