Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bolnisinin Sarallar kəndində yeni məktəb binası inşa olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Bolnisinin Sarallar kəndində yeni məktəb binası inşa olunur

Bolnisinin Sarallar kəndində yeni məktəb binası inşa olunur


Borçalı vilayəti Bolnisi rayonunun azərbaycanlılar yaşayan Sarallar kəndində yeni məktəb binası inşa olunur. Bu barədə Bolnisi rayonundan olan majoritar deputat Qoqita Meşveliani məlumat yayıb. Tikinti prosesi ilə tanış olan deputatın sözlərinə görə, mövcud məktəb binası qəzalı olduğundan yerli əhali illərdir yeni binanın tikilməsini tələb edirdi. Q.Meşveliani bildirib ki, inşaat işlərinin 65%-i artıq başa çatdırılıb.
Natamam orta məktəb 60 şagird üçün nəzərdə tutulub. Bina müasir standartlara cavab verəcək və həyətində mini stadion da yaradılacaq. Təhsil müəssisəsinin 2020-ci ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön