Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Paytaxtda 9 oğurluq hadisəsinin üstü açılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş, Hüquq > Paytaxtda 9 oğurluq hadisəsinin üstü açılıb

Paytaxtda 9 oğurluq hadisəsinin üstü açılıb


Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 24 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, onlardan 11-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.

Cinayətlərin 2-si soyğunçuluq, 6-sı xuliqanlıq, 2-si narkotiklərlə bağlıdır. Oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Geri dön