Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "OPEC+"un Texniki Komitəsi hasilatla bağlı sərt tövsiyələr verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > "OPEC+"un Texniki Komitəsi hasilatla bağlı sərt tövsiyələr verib

"OPEC+"un Texniki Komitəsi hasilatla bağlı sərt tövsiyələr verib


“OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsü) Texniki Komitəsi iştirakçı ölkələrə koronavirusun (COVID-19) təsirini aradan qaldırmaq məqsədi ilə bu ilin II rübü üçün gündəlik neft hasilatını əlavə 1 mln. barel azaltmağa tövsiyə edib. Bununla yanaşı, Komitə neft hasilatının azaldılması üzrə mövcud kvotanın 2020-ci ilin sonunadək uzadılmasını nəzərdən keçirməyi də tövsiyə edib. Məlumata əsasən, bu tövsiyələrə iştirak edən üzvlərin hamısı qoşulmayıb.
Xatırladaq ki, “OPEC+” çərçivəsində martın 5-6-ı Vyanada nazirlərin görüşü keçiriləcək və burada neft hasilatının hazır ki vəziyyətdə saxlanılması və ya azaldılması barədə qərar veriləcək. Qeyd edək ki, “OPEC+” Texniki Komitəsi 4-6 fevralda keçirilən təcili yığıncağı nəticəsində iştirakçı ölkələrə neft hasilatının daha 600 min barel azaltmağı tövsiyə edib. Tövsiyə xarakteri daşıyan bu təklif yalnız “OPEC+” Nazirlər Komitəsi (JMMC) tərəfindən baxıldıqdan sonra son qərarın verilməsi üçün bütün nazirlərə təqdim oluna bilər.
Əlavə etmək lazımdır ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC+” ölkələri arasında proporsional qaydada aparılıb. Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

DAVAM.AZ

Geri dön