Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan İsraillə kəşfiyyat peykinin alğı-satqısına dair danışıqlar aparır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Azərbaycan İsraillə kəşfiyyat peykinin alğı-satqısına dair danışıqlar aparır

Azərbaycan İsraillə kəşfiyyat peykinin alğı-satqısına dair danışıqlar aparır


İki ölkə arasında raket daşıyan pilotsuz təyyarə istehsalı məsələsi də müzakirə olunur

İsrail və Azərbaycan hökumətləri İsrail hərbi kəşfiyyat peykinin alğı-satqısına dair intensiv təmaslar aparır. Bu barədə İsrailin debka.com internet saytı xəbər yayıb.

Son vaxtlar Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlığın sürətlə dərinləşdiyini qeyd edən sayt iki ölkə hökumətlərinin habelə raket daşıyan pilotsuz təyyarə istehsalına dair danışıqlar apardığını da xəbər verir.

Məlumatda o da bildirilir ki, İsrail yaxın iki ay ərzində 60 pilotsuz təyyarəni Azərbaycan ordusunun ixtiyarına verəcək.

Sayt yazır ki, Azərbaycanın hərbi bazarı uğrunda regionda ciddi mübarizə gedir. “Türkiyənin müdafiə sənayesi katibi Murat Bayar bir qədər öncə Bakıya səfəri zamanı Azərbaycanı İsrailin deyil, Türkiyənin hərbi məhsullarını almağa inandırmaq cəhdi edib”, - deyə sayt qeyd edir.

İsrail internet saytı habelə xəbər verir ki, bir qədər öncə Qarabağ səmasında İsrailə aid olduğu iddia edilən pilotsuz təyyarənin vurulmasının arxasında Rusiya dayanır. Sayta görə, həmin insidentdən öncə Rusiya Hərbi Hava Qüvvələrinin bir neçə zabiti Ermənistana, daha sonra isə Qarabağa səfər edib.

Bildirilir ki, burada məqsəd İsraili Qafqazdan sıxışdırıb çıxarmaqdır.

Geri dön