Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehran rejimi interneti kəsməklə səbəbkarı olduğu fəlakəti gizlətməyə çalışır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Tehran rejimi interneti kəsməklə səbəbkarı olduğu fəlakəti gizlətməyə çalışır

Tehran rejimi interneti kəsməklə səbəbkarı olduğu fəlakəti gizlətməyə çalışır


41 ildir bəlirsiz bir şəkildə İran adlı ölkəni idarə edən molla rejimi əhalini bəlaya salandan sonra interneti kəsməklə səbəbkarı olduğu fəlakəti gizlətməyə çalışır. Bütün İran ərazisində internetə çıxışlarda məhdudiyyət yaranıb. Bu barədə məlumat bu səhər saatlarında beynəlxalq “NetBlocks” monitorinq təşkilatının saytında yer alıb.
Məlumata görə, İran adlı ölkənin əsas internet provayderləri bir saat ərzində tamamilə fəaliyyət göstərməyib. Daha sonra onların fəaliyyəti qismən bərpa olunub. İnternetə giriş ölkə səviyyəsində 50 faizə düşüb. Qeyd edək ki, fevralın ayının 8-də də İran adlı ölkədə internetə çıxışda problemlər yaşanmışdır.
Sosial-iqtisadi baxımdan fəlakətli bir durumu yaşamaq zorunda qalan ölkədə hər ötən gün həyat şəraiti daha da dözülməz durumla üz-üzə qalır. Yerli milli valyutanın daha da dəyərdən düşməsi, istehsal vasitələrinin bağlanması, əhalinin gəlirlərinin də azalması və digər social problemlərin nəticəsində gözləniləcək yeni xalq üsyanlarının qarşısını almaq və önləyici tədbirlər görmək üçün internet vasitəçilərinin imkanlarını da məhdudlaşdırmaq məhz bu ideyanın sayəsində gündəmə gəlibdir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön