Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dr. Əxəvan Əkbəri: Ərdəbildə koronavirusa yoluxanların sayı çoxdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Dr. Əxəvan Əkbəri: Ərdəbildə koronavirusa yoluxanların sayı çoxdur

Dr. Əxəvan Əkbəri: Ərdəbildə koronavirusa yoluxanların sayı çoxdur


Güney Azərbaycanın Ərdəbil Əyaləti Tibb Universitetinin rektoru əyalətdə gələcək iki həftə ərzində koronavirusa yoluxanların sayının artacağı barədə xəbərdarlıq edib.
Dr. Əxəvan Əkbəri bu barədə bazar günü günortadan sonra danışıb.
“Hal-hazırda bu virusa yoluxanların sayı çoxdur. Lakin xəstəlik gizli dövrünü keçirdiyi üçün heç bir əlaməti yoxdur. Ona görə də virusa yoluxanlar xəstə olduqlarından xəbərsizdir.”- deyə o bildirib.
Dr. Əxəvan Əkbəri xəbərdarlıq edib ki, gələcək 15 gün ərzində koronavirusa yoluxanların sayında kəskin artım ola bilər.
“Virusdan qorunmaq üçün əhali imkan daxilində evdə qalmağa çalışsın. Uşaq, yaşlı insanlar, həmçinin ürək və ağciyər xəstələrinin evdən şəhərə çıxmamasına xüsusi önəm verilməlidir. Əyalət əhalisi qonşu əyalətlər, xüsusi ilə də Gilan Əyalətinə səfər etməməlidir. Bu dəqiqə Gilan Əyaləti koronavirusun yayılması baxımından böhran içindədir.”- deyə universitet rektor vurğulayıb.
Ərdəbilin Tibbi Universiteti tərəfindən yayılan məlumata görə, bu əyalətdə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 50 nəfərdən çoxdur, onlardan 7-i reanimasiyada saxlanılır. Ekspertlərin fikirinə görə, ölkədə koronavirusa yoluxanların sayı rəsmi rəqəmlərdən qat-qat çoxdur. Lakin rejim bu barədə doğru məlumat vermir. Təhlükəli virus daşıyıcılarının sayını gizlətmək ölkədə yaranan təhlükəli vəziyyəti daha da dərinləşdirir. Koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alınıb. Rejim şəhəri karantinə almadığı üçün artıq virus təxminən bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüyüb. Hər gün virusa yoluxan xəstələrinin sayının artdığı, bir neçəsinin isə öldüyü barədə məlumat yayılır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)

Geri dön