Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yuxarı və Aşağı Soğanlığı birləşdirən dəmir yolunda yeraltı tunelin açılışı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Yuxarı və Aşağı Soğanlığı birləşdirən dəmir yolunda yeraltı tunelin açılışı olub

Yuxarı və Aşağı Soğanlığı birləşdirən dəmir yolunda yeraltı tunelin açılışı olub


Gürcüstanın başkəndi Tiflisin Krtsanisi rayon ərazi vahidliyinə daxil olan Yuxarı və Aşağı Soğanlığı birləşdirən dəmir yolunda yeraltı tunelin açılışı olub. Bu barədə Tiflis meriyasından bildirilib. Məlumata görə, paytaxt meri Kaxa Kaladze, icra başçısının müavini İrakli Bendeliani ilə birlikdə tamamlanmış layihə ilə tanış olublar. Meriyadan bildirilib ki, dəmir yolu altında tunel yolunun çəkilişi Yuxarı və Aşağı Poniçalanın mövcud beş kilometrlik hissəsini 100 metrədək azaldır.
"Bu, həm şəhər, həm də yerli əhali üçün vacib bir layihə idi. Layhədə qeyd olunan ərazi Yuxarı və Aşağı Soğanlığı birləşdirən 5 kilometr bir magistraldır. İndi Yuxarı və Aşağı Soğanlıq arasındakı məsafə cəmi 100 metrdir”, - Kaxa Kaladze bildirib.
Layihə çərçivəsində tunelin yola çıxışı təşkil edilib və xarici işıqlandırma şəbəkəsi bərpa edilib.
Yuxarı və Aşağı Soğanlıq yaşayış məntəqələri ən yaxın qovşağı Marneuli və Rustavi magistral yollarının kəsişməsi olan bir dəmir yolu xətti ilə keçir. Buna görə, yaxınlıqdakı bu iki yaşayış məntəqəsi arasındakı ən qısa yol məsafəsi beş kilometrdir. Qoqoberidze küçəsi yaxınlığındakı yeraltı yol tuneldən keçir və məsafəni yüz metrə qədər azaldır ki, bu da avtomobil sahibləri üçün vaxt və xərclərə qənaət edir. Bununla yanaşı, Marneuli və Rustavi magistral yollarının kəsişməsində nəqliyyat axınını azaldır. Layihə Mamissoni İnşaat Şirkəti tərəfindən aparılıb və layihənin həyata keçirilməsi üçün paytaxt büdcəsindən 2 582 473 lari xərclənib.
Tədbirdə Tiflis şəhər meri Kaxa Kaladze ilə birlikdə meriya İnfrastruktur İnkişaf İdarəsinin müdiri Qiorgi Abutidze, Krtsanisi rayon bələdiyyə sədri Levan Caparidze, parlamentin majoritar deputatları və rayon bələdiyyə üzvləri iştirak ediblər.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Geri dön