Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransa parlamentariləri hökumətə etimadsızlıqda presidentsiz fiaskoya uğrayıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Fransa parlamentariləri hökumətə etimadsızlıqda presidentsiz fiaskoya uğrayıblar

Fransa parlamentariləri hökumətə etimadsızlıqda presidentsiz fiaskoya uğrayıblar


Fransa Milli Assambleyasında hökumətə etimadla bağlı səsvermə cəmi 148 səs toplayaraq ləğv olunub. Hökumətin iflası üçün 289 səs lazım idi. Hökumətə etimadla bağlı səsvermənin nəticəsi parlamentarilərin presidentsiz fiaskosu adlandırılıb.
Parlamentdə məğlubiyyətə baxmayaraq, pensiya qanun layihəsinə etirazçılar küçələrdə mübarizəni davam etdirir. Ölkənin böyük şəhərlərində nümayişlər davam edir.
Milli Assambleyada deputatlar pensiya islahatı ilə bağlı dəyişikliklərə dair 1800 təklifi nəzərdən keçirməlidirlər. Pensiya qanunu layihəsi ilə bağlı debatlar Senatda davam edəcək və sonra yenidən Milli Assambleyaya qayıdacaq. Hökumət qanun layihəsinin yaydan əvvəl qəti qəbul olunmasında israrlıdır.
Qeyd edək ki, parlamentarilər 117 saat müzakirələrdən sonra pensiya qanun layihəsinin yalnız 5 maddəsi qəbul olunub. Milli Assambleyada qanun layihəsinin qəbul edilməsi ilə bağlı yaradılan maneələri aradan qaldırmaq üçün hökumət konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən istifadə edərək, qanun layihəsinin mətnini müzakirə edilmədən və səsə qoymadan qəbuluna nail olub.

DAVAM.AZ

Geri dön