Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Slavyan Universitetində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Bakı Slavyan Universitetində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib

Bakı Slavyan Universitetində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib


Martın 5-də Bakı Slavyan Universitetində (BSU) Nəsimi Rayon Gigiyena və Epidemiyologiya Mərkəzinin əməkdaşları tərəfindən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib. Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər BSU-nun Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 33-də yerləşən I tədris binasında və Şamil Əzizbəyov küçəsi, 102-də yerləşən II tədris binasında, eləcə də Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 152-də fəaliyyət göstərən 3 saylı yataqxanasında reallaşdırılıb. Ümumilikdə BSU-da sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin icrası diqqət mərkəzindədir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən martın 3-dən martın 9-dək ölkəmizin bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Tədris prosesində fasilənin yaranmasına səbəb koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində intensiv tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi və görülən işlərin səmərəliliyinin yüksəldilməsidir. Hazırda ölkəmizdə bu istiqamətdə tədbirlər intensiv xarakter alıb.

Geri dön