Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vergi hesabatını vaxtında təqdim etməyənlərə maliyyə sanksiyası tətbiq olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Vergi hesabatını vaxtında təqdim etməyənlərə maliyyə sanksiyası tətbiq olunur

Vergi hesabatını vaxtında təqdim etməyənlərə maliyyə sanksiyası tətbiq olunur


Vergi ödəyicisi vergi uçotuna alınan zaman seçdiyi vergitutma metodundan asılı olaraq vergi orqanına hesabatlar təqdim etməlidir. Həmçinin vergi hesabatını və ya müvafiq arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin qərarına əsasən hər hesabat üçün 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fəaliyyəti müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması haqqında arayış” təqdim edilməli, arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir. Gücləndirilmiş elektron imza (o cümlədən “ASAN İmza”) və ya istifadəçi kodu, parol və şifrə olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

DAVAM.AZ

Geri dön