Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 9-a çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 9-a çatıb

Şərqi Azərbaycanda koronavirusdan ölənlərin sayı 9-a çatıb


Güney Azərbaycan əyalətlərində koronavirus böhranı gün keçdikcə dərinləşir.



Şənbə günü səhər saatlarında yayılan məlumata görə, Şərqi Azərbaycan Əyalətində koronavirusdan ölənlərin sayı 9-a çatıb.



Bu barədə Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Səhənd telekanalına məlumat verib.

“Koronavirusdan ölənlərin sayına daha bir nəfər əlavə olunub. Şərqi Azərbaycan Əyalətində bu günədək dəqiq olaraq 9 nəfər koronavirusdan ölüb, 87 nəfər isə bu təhlükəli virusa yoluxub.”- deyə o bildirib.



Universitet rəisi əyalətdə koronavirusun yayıldığı gündən virusa yoluxmuş 33 nəfərin sağalaraq xəstəxanadan evə buraxıldığını da diqqətə çatdırıb.



Məhəmməd Hüseyn Somi artıq virusun əyalətin bütün şəhərlərinə yayıldığını bildirib. O böhrandan qurtulmaq üçün əhalini önləyici tədbirlər almağa və verilən tövsiyyələrə əməl etməyə çağırıb.



Qeyd edək ki, qeyri-rəsmi mənbələr Güney Azərbaycan əyalətlərində sözügedən virusa yoluxanların sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir. Lakin rejim bu barədə doğru məlumat vermir.

Geri dön