Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “İran Air”in Avropaya bütün uçuşları ləğv edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “İran Air”in Avropaya bütün uçuşları ləğv edilib

“İran Air”in Avropaya bütün uçuşları ləğv edilib


Bu barədə, İran aviasiya şirkəti “İran Air” martın 8-də bəyanat yayıb.



Bəyanatda bildirilir ki, uçuşların növbəti xəbərdarlığa qədər təxirə salınmasının səbəbi, Avropa tərəfinin “naməlum səbəbə görə” qoyduğu məhdudiyyətlərlə bağlıdır.



Şirkətin yaydığı bəyanatda məhdudiyyətlərin konkret hansısa ölkələr və ya Avropa İttifaqı tərəfindən qoyulduğu açıqlanmayıb.



Bundan əvvəl İsveç hökuməti bəyanat yayaraq, İranda koronavirusun geniş yayıldığını nəzərə alaraq, “İran Air”in bu ölkəyə uçuşlarını ləğv etməsindən xəbər vermişdi.



Martın 7-də isə Avstriya hökuməti bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu ölkədən İrana birbaşa uçuşları dayandırmaq qərarına gəlib.




Geri dön