Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İraq hökuməti İranla 5 sərhəd keçid məntəqəsini bağlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İraq hökuməti İranla 5 sərhəd keçid məntəqəsini bağlayıb

İraq hökuməti İranla 5 sərhəd keçid məntəqəsini bağlayıb


İraq hökuməti İranla 5 sərhəd-keçid məntəqəsini bağlayıb.



Bu barədə İranın “İsna” agentliyi martın 8-də İraqın “Alsumaria News” saytının yaydığı xəbərə istinadən məlumat yayıb.



Məlumatda bildirilir ki, İraq Sərhəd Keçid-Məntəqələri Heyəti dünən bəyanat yayaraq, İraqla İran arasında olan “Şələmçə”, “Şib”, “Zərbatiyə”, “Mənzəriyə” və “Məndəli” sərhəd-keçid məntəqələrinin bağlanmasından xəbər verib.



İraq hökuməti bildirib ki, İranda koronavirusun yayılmasının qarşısını almaq üçün həmin məntəqələr martın 8-dən başlayaraq bir həftə müddətinə (martın 15-ə qədər) bağlı olacaq və həmin müddətdə iki ölkə arasındakı bütün gediş-gəlişələr dayandırılacaq.



İraq Sərhəd Keçid-Məntəqələri Heyəti-nin yaydığı bəyanatda həmçinin bildirilir ki, İrana səfər etmiş İraq vətəndaşlarının sözügedən 5 məntəqədən ölkəyə girişinə qadağa qoyulub və iraqlılar yalnız Bağdad və ya Bəsrə hava limanından ölkəyə buraxılacaqlar.

Geri dön