Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Ələkbər Talıbovun vəfatı ilə bağlı başsağlığı verib.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Bildiriş, Fərəc Quliyev > Fərəc Quliyev Ələkbər Talıbovun vəfatı ilə bağlı başsağlığı verib.

Fərəc Quliyev Ələkbər Talıbovun vəfatı ilə bağlı başsağlığı verib.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Milli Azadlıq Hərəkatının fəallarından Ələkbər Hacı Məmmədəli oğlu Talıbovun vəfatı ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir: "Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Ələkbər Talıbov demokratik ruhda böyüyərək Azərbaycanın bütövlüyü uğrunda çalışıb.
1990-cı ildə 20 yanvar hadisələri zamanı təcavüzkar sovet ordusunun hərbçiləri tərəfindən yaralanmışdır.
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuş 20 yanvar qazisi Ələkbər Talıbovun bu gün aramızda olmaması bizim üçün olduqca ağır bir itkidir. Onun bu dünyadan köcməsi xalqın itkisi oldu. Bu acı xəbər onun xidmətlərinə bələd olan hər kəs kimi bizi də dərindən sarsıtdı.
Bu ağır itki ilə bağlı şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından mərhuma Allahdan rəhmət diləyir, bütün doğmalarına və onu sevənlərə dərin hüzünlə başsağlığı veririk.
Məkanı Cənnət, ruhu şad olsun!”

Geri dön