Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda Fereydunkenar “Sepah”ının komandanı koronavirusdan ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda Fereydunkenar “Sepah”ının komandanı koronavirusdan ölüb

İranda Fereydunkenar “Sepah”ının komandanı koronavirusdan ölüb


İranın Mazandaran əyalətinin Fereydunkenar şəhərinin “Sepah” komandanı polkovnik Abdulla Cəfərzadə koronavirusdan ölüb.

Yayılan məlumatlara əsasən, Abdulla Cəfərzadə martın 9-da Sari şəhərinin “Vilayət” xəstəxanasında keçinib.

İranın “İsna” agentliyi yerli “Sepah” komandanının ürəyində yaranmış nasazlıq səbəbi ilə öldüyünü iddia etsə də, Mazandaran əyalətinin xəstəxanalarındakı mənbələr onun koronavirusdan öldüyünü bildiriblər.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 9-da yaydığı bəyanatda son statiskaya görə ölkədə virusdan ölənlərin sayının 237-nəfərə, yoluxanların sayının isə 7161 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

Həmin mənbələrin dediyinə görə, İran rejimi ölənlərin sayını azaltmaqla, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən dəhşətli faciənin miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

Geri dön