Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə bir neçə nəfər texniki spirtdən zəhərlənib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə bir neçə nəfər texniki spirtdən zəhərlənib

Ərdəbildə bir neçə nəfər texniki spirtdən zəhərlənib


Güney Azərbaycanın Ərdəbil şəhərində çox sayda insan texniki spirtdən zəhərlənib, onlardan ikisinin həyatını itirdiyi bildirilir.



Bu barədə Ərdəbil Əyaləti Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən məlumat yayılıb.

“Ərdəbil Əyalətində texniki spirt içənlərdən 2-i ölüb. Bir neçəsi isə tibbi mərkəzlərə yerləşdirilib. Spirtdən zəhərlənənlərin bəziləri bihuş vəziyyətdədir.”- deyə məlumatda qeyd olunub.



Bu barədə yayılan məlumatda vurğulanıb ki, ötən günlərdə spirtin koronavirusun qarşısını almaqla bağlı şayiələr yayılıb. Ona görə də belə hadisələr baş verir.



Bildirilir ki, fürsətçilər pul əldə etmək məqsədi ilə texniki spirtə müəyyən kimyəvi maddələr əlavə edərək onun rəngini dəyişib və tibbi spirt adına satıblar.



Ərdəbilin Tibb Universiteti bu barədə bəyanat yayaraq sözügedən şayiə ilə əlaqədar ciddi xəbərdarlıq edib. Bəyanatda vurğulanıb ki, tibbi və texniki spirtin koronavirusun qarşısını almaqda heç bir təsiri yoxdur, əksinə spirtdən bu şəkildə istifadə etmək insanların həyatı üçün olduqca təhlükəlidir.

Geri dön