Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əli Xamneyinin yaxın adamlarından olan Hüseyn Məhəmmədi koronavirusa yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Əli Xamneyinin yaxın adamlarından olan Hüseyn Məhəmmədi koronavirusa yoluxub

Əli Xamneyinin yaxın adamlarından olan Hüseyn Məhəmmədi koronavirusa yoluxub


İranın "dini lider"inin ən yaxın adamlarından olan və onun beytinin əsas üzvlərindən olan Hüseyn Məhəmmədi koronavirusa yoluxub.



Bu barədə, İrandakı “yaşıl hərəkat”ın 10 ildir ev dustaqlığında saxlanılan liderlərindən sayılan Mehdi Kərrubiyə yaxın “Saham News” saytı martın 9-da məlumat yayıb.



Məlumatda bildirilir ki, koronavirusa yoluxduğu üçün Hüseyn Məhəmmədinin ağ ciyərlərindən birində ciddi infeksiya əmələ gəlib və o hazırda Tehran xəstəxanalarından birində həkimlərin ciddi nəzarəti altında saxlanılır. Hazırda onun səhhətinin ağır olduğu vurğulanır.



Xatırladaq ki, son günlər bir sıra İran rəsmisi koronavirusdan ölüblər. Ölənlər arasında Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Məhəmməd Mirməhəmmədi, İran xarici işlər nazirinin keçmiş müşaviri Hüseyn Şeyxülislam və deputatlar Fatimə Rəhbər və Məhəmməd Əli Ramazani də var.


İran Səhiyyə Nazirliyi martın 9-da yaydığı bəyanatda son statiskaya görə ölkədə virusdan ölənlərin sayının 237-nəfərə, yoluxanların sayının isə 7161 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.



Həmin mənbələrin bildirdiyinə görə, İran rejimi ölənlərin sayını az göstərməklə, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən dəhşətli faciənin miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

Geri dön