Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tehranın Tibb Elmləri Universitetinin cərrahlıq qrupunun rəhbəri Həbibullah Peyrəvi koronavirusdan ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tehranın Tibb Elmləri Universitetinin cərrahlıq qrupunun rəhbəri Həbibullah Peyrəvi koronavirusdan ölüb

Tehranın Tibb Elmləri Universitetinin cərrahlıq qrupunun rəhbəri Həbibullah Peyrəvi koronavirusdan ölüb


Tehranın “Şəhid Beheşti” adına Tibb Elmləri Universitetinin cərrahlıq qrupunun rəhbəri Həbibullah Peyrəvi koronavirusdan ölüb.

İranın “Mehr News” agentliyinin yaydığı xəbərdə bildirilir ki, koronavirusa yoluxan yüksək ixtisaslı ürək-damar cərrahı, martın 9-u axşam saatlarında müalicə aldığı Tehran xəstəxanalarından birində keçinib.

Tanınmış cərrahın virusa necə və nə vaxt yoluxduğu barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 9-da yaydığı bəyanatda son statistikaya görə ölkədə virusdan ölənlərin sayının 237-nəfərə, yoluxanların sayının isə 7161 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.

Həmin mənbələrin bildirdiyinə görə, İran rejimi xəstəlikdən ölənlərin sayını az göstərməklə, virusla mübarizədə öz səriştəsizliyini və ölkədə baş verən dəhşətli faciənin miqyasını xalqdan və cəmiyyətdən gizlətməyə çalışır.

Geri dön