Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın 6 əyalətində 57 nəfər spirtdən zəhərlənərək ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın 6 əyalətində 57 nəfər spirtdən zəhərlənərək ölüb

İranın 6 əyalətində 57 nəfər spirtdən zəhərlənərək ölüb


İranın 6 əyalətində 57 nəfərin koronavirusla mübarizə üçün sənaye spirtinin qəbulu nəticəsində zəhərlənərək öldüyü barədə məlumat yayılıb.



Onlardan 32 nəfəri Xuzistan əyalətinin Əhvaz və Ramhörmüz şəhərlərinin sakinləridir. Rəsmi statistikalara əsasən, Əhvazda koronavirusdan ölənlərin sayı isə 18 nəfərdir. Bu isə spirtdən ölənlərin sayının koronavirus qurbanlarının sayını ötdüyünü göstərir.



Zəhərlənmələrin bu qədər çox olmasının digər səbəblərindən biri vəziyyətdən istifadə edərək metanol (sənaye) spirtinin rəngini etanol (içməli) spirtə dəyişib, insanlara satan işbazlardır.



Əhvazdan başqa, Tehranda 2, Ərdəbildə 3, Əlburzda 7 və Kürdüstanda 6 nəfər eyni səbəbə görə dünyasını dəyişib. Eləcə də, Kirmanşahda 1 və Mərkəzi əyalətində 2 nəfər də sənaye spirtindən ölüb.



Sadalanan bütün bölgələrdə ölüm hallarından savayı, hazırda 460 insanın spirtdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirildiyi bildirilir. Onlar arasında bəziləri zəhərlənmə nəticəsində görmə qabiliyyətini tamamən itirib.



İranda alkoqol böhranı koronavirusun ölkədə yayılmasının dövlət tərəfindən rəsmən elan edildiyi gündən başlayıb. Həmin tarixdən etibarən ölkədə spirt qıtlığı yaşanması ilə yanaşı, qiymətlərində də kəskin artım müşahidə edilir. Təbii olaraq, bundan sonra spirt və spirt əsasında hazırlanan dezinfeksiya məhsullarına olan təlabat həddən artıq yüksəlməyə başlayıb.



Fevralın sonlarında İran hökumətinin sözçüsü Əli Rəbii spirt çatışmazlığı probleminin 1 həftə ərzində aradan qaldırılacağını bəyan etsə də, hələ də problem həll edilməyib. Bu istiqamətdə ölkəyə spirt idxalına tətbiq edilən gömrük rüsumu ləğv edilib, spirtin ölkədən ixracına, eləcə də bir şəhərdən digər şəhərə göndərilməsinə qadağa qoyulub. "Dini lider" Əli Xamneyinin birbaşa nəzarətində olan "Müstəzəfan Fondu", "Xomeyninin Fərmanının İcra Qərəgahı" və "Sepah", eləcə də bəzi şəhərlərdə dini mədrəsə tələbələri 3 növbə ilə spirt istehsalına başladıqlarını bəyan etsələr də, bu sahədə hələ də vəziyyət böhranlıdır.



Bu arada, dini kəsim arasında spirtdən istifadənin şəri hökmlər əsasında qadağan olub-olmaması barədə də fikir ayrılıqları yaşanır. Bəzi mərceyi-təqlidlər içilmədiyi təqdirdə, bütün spirt növlərinin pak olduğunu bildirirlər.



İranın səhiyyə mütəxəssisləri işbazların metanol spirtinə müxtəlif maddələr qataraq, onun rəngini dəyişib, etanol spirt adı ilə satdıqları xüsusunda insanlara xəbərdarlıq edir. Onlar insan həyatı və sağlamlığı üçün zərərli olan metanol spirtini içməməyi insanlara tövsiyə edirlər.

Geri dön