Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Superliqası: “Trabzonspor” liderliyə yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Türkiyə Superliqası: “Trabzonspor” liderliyə yüksəlib

Türkiyə Superliqası: “Trabzonspor” liderliyə yüksəlib


Martın 11-də Türkiyə Superliqasının XIX turunun təxirə salınmış bir matçı keçirilib. Malatyada baş tutan qarşılaşmada “Yeni Malatyaspor” “Trabzonspor”u qəbul edib.

Oyun 3:1 hesabı ilə qonaqların xeyrinə bitib. Görüşdə Trabzon təmsilçisinin qollarını Filip Novak (10), Joze Soza (30) və Antoni Nvakaeme (55) vurublar. “Yeni Malatyaspor”un heyətində isə Umut Bulut (44) fərqlənib.

Bu qələbə ilə “Trabzonspor” xallarının sayını 52-yə çatdıraraq liderliyə yüksəlib. Onunla eyni xala malik “Başakşəhər” ikincidir. “Qalatasaray” və “Sivasspor” klubları isə 49 xalla üç və dördüncü pillələrdə qərarlaşıblar.

Geri dön