Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vaşinqtonda illik Türk Festivalı keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Vaşinqtonda illik Türk Festivalı keçirilib

Vaşinqtonda illik Türk Festivalı keçirilib


ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığında ənənəvi illik Türk Festivalı keçirilib.

Qarabağ Fondunun təmsil olunduğu onuncu illik Türk Festivalında Azərbaycan incəsənəti və mədəniyyəti, xalçaları və musiqi alətləri nümayiş olunur.

Qeyd edək ki, 2003-ci ildən bəri keçirilən Türk Festivalı ABŞ paytaxtının ən geniş etnik festivallarından biridir.

Festival türk mədəniyyəti haqqında geniş məlumat verir və onun rolunu Yaxın Şərq, Qafqaz, Balkan və Mərkəzi Asiya mədəniyyətlərini birləşdirən körpü kimi vurğulayır. Tədbir zamanı türk mətbəxinin dadlı yeməkləri təqdim olunur və türk bazarını əks etdirən nümayişlər göstərilir.

Geri dön