Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Rəzəvi Xorasanda hüquq-mühafizə qüvvələrinin əqidəti-siyasi rəisi Məhəmmədrza Təqəvi Müqəddəm koronavirusdan ölüb
Rəzəvi Xorasanda hüquq-mühafizə qüvvələrinin əqidəti-siyasi rəisi Məhəmmədrza Təqəvi Müqəddəm koronavirusdan ölüb |
İranın Rəzəvi Xorasan əyalətinin yerli hüquq-mühafizə qüvvələrinin əqidəti-siyasi təşkilatının rəisi axund Məhəmmədrza Təqəvi Müqəddəm koronavirusdan ölüb.
İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, virusa yoluxduğu üçün bir neçə gündən bu yana müalicə alan axund Təqəvi Müqəddəm martın 12-də Məşhəd xəstəxanalarından birində keçinib. Qeyd edək ki, İran Səhiyyə Nazirliyi martın 12-də yaydığı son statistikaya əsasən, ölkədə koronavirusa yoluxanların sayının 10075 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 429 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan mənbələr, virusa yoluxanların və xəstəlikdən ölənlərin sayının bir neçə dəfə çox olduğunu bildirirlər. Geri dön |