Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bəhreyn İranı bioloji hücumda ittiham edib: Koronavirusa görə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Bəhreyn İranı bioloji hücumda ittiham edib: Koronavirusa görə

Bəhreyn İranı bioloji hücumda ittiham edib: Koronavirusa görə


Bəhreyn hökuməti İranı bu ölkəyə qarşı bioloji hücum həyata keçirməkdə ittiham edib.



Bəhreyn bəyan edib ki, bunun səbəbi rəsmi Tehranın virusun ölkədə yayılmasını gizlətməsi və bunun nəticəsində də vəziyyətdən xəbərsiz olan bəhreynlilərin İrana səfərə davam etdikləri üçün epidemiyaya yoluxmalarıdır.



Rəsmi Manama həmçinin qeyd edib ki, İranın bu ölkəyə səfər edən Bəhreyn vətəndaşlarının xarici pasportlarına möhür vurmaması da bioloji hücum ehtimalına fikrinin ortaya çıxmasına səbəb olub.



"İran bu addımı ilə (gizlətmək və pasportlara möhür vurmamaq-red.) virusun ölkə hüdudlarından kənara çıxmasına icazə verib. Mənim fikrimə görə, bu, digərlərinin sağlamlıq və təhlükəsizliyini təhlükəyə atdığından, bioloji hücumdur və beynəlxalq qanunlara əsasən, cinayət hesab edilir", - deyə Bəhreynin Xarici İşlər naziri Şeyx Rəşid bin Abdullah əl-Xəlifə "Twitter" səhifəsində yazıb.



Rəsmi Manamanın iddialarına Tehranda fərqli reaksiya gəlib. Şeyx Rəşid bin Abdullah əl-Xəlifəyə cavab verən İran Milli Məclisinin spikerinin xüsusi müşaviri Hüseyn Əmir Abdullahiyan koronanın yayılmasını digər rəsmilər kimi, Amerika ilə bağlayıb. O, ölkəsinin nəyə görə İrana səfər edən körfəz ölkələrinin vətəndaşlarının pasportuna möhür vurmamasını isə açıqlamayıb.



"Beşinci Donanması ilə Bəhreynə hökmran olan Amerika Birləşmiş Ştatları bioloji hücumu həyata keçirən, eləcə də onun Amerikada yayılmasını gizlədən əsas ölkədir", - deyə Abdullahiyan əlavə edib.



Qeyd etmək lazımdır ki, İranda koronavirusun kəskin yayılmasından sonra körfəz ölkələri epidemiyanın öz ölkələrində yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görürlər. Hətta Səudiyyə Ərəbistanının tanınmış din xadimləri koronavirusa yoluxmuş şəxslərin cümə namazında iştirak etmək haqlarının olmadığ barədə fətva veriblər.



Eləcə də, Ərəbistanda cümə namazlarında iştiraka tətbiq edilən zərurəti də aradan qaldırıb.



Həmin ölkələrdə virusun yayılmasının əsas mənbəyi İrana müxtəlif məqsədlərlə, xüsusilə də şiələrin müqəddəs hesab etdiyi məkanları ziyarət üçün səfər etmiş vətəndaşlarıdır.

Geri dön