Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şirazda daha 6 nəfər spirtdən zəhərlənərək ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şirazda daha 6 nəfər spirtdən zəhərlənərək ölüb

Şirazda daha 6 nəfər spirtdən zəhərlənərək ölüb


İranın Fars əyalətində son 24 saat ərzində 90 nəfər spirtdən zəhərlənib.



Bu barədə məlumat yayan Şiraz Tibb Elmləri İnstitutunun rəhbərinin müavini Əli Əkbəəri onlardan 6 nəfərinin öldüyünü deyib. O, 7 nəfərin vəziyyətinin ağır olduğunu, 8 nəfərin isə yüngül zəhərləndiyi üçün artıq evə buraxıldığını bildirib.



Spirt içmək nəticəsində zəhərlənən həmin şəxslərdən 53-ü Şiraz, 37 isə digər şəhərlərin sakinləridir.



Xatırladaq ki, son günlər İranın müxtəlif əyalətində koronavirusla mübarizə apardığını düşünərək, kustar usulla hazırlanmış alkoqollu içkilər içdiyi üçün onlarla insan ölüb. Eləcə də zəhərlənmə nəticəsində bir neçə nəfərin görmə qabiliyyətini tamamən itirdiyi barədə məlumatlar var.

Geri dön