Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirdə daha bir koronavirus xəstəsi həyatını itirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Misirdə daha bir koronavirus xəstəsi həyatını itirib

Misirdə daha bir koronavirus xəstəsi həyatını itirib


Misirdə koronavirusa yoluxan daha bir nəfər həyatını itirib.

Misir Səhiyyə Nazirliyinin məlumatında Dəqahliyə vilayətinin sakini olan 60 yaşlı qadının cümə axşamı günü Mənsurə Ağciyər Xəstəxanasında öldüyü bildirilir. Qeyd olunur ki, son iki gün ərzində daha 13 nəfərdə COVID-19 aşkar edilib. Onların üçü əcnəbi, on nəfəri isə Misir vətəndaşıdır.

Beləliklə, Misirdə koronavirusdan ölənlərin sayı iki nəfərə çatıb. Martın 8-də Hurhaqada alman turist də bu xəstəlikdən ölmüşdü.

Nazirliyin məlumatına görə, indiyədək ölkədə 80 nəfər koronavirusa yoluxub və onlardan 20-si müalicə edilərək evə buraxılıb.

Geri dön