Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib


Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakinləri E.Məmmədovun idarə etdiyi “VAZ-2106” və A.Yaqubovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Məmmədovun avtomobilində olan sərnişin, paytaxt sakini Süsənbər Abbasova xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Geri dön