Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya koronavirusla mübarizə üçün İrana 2 milyard yarım yen yardım edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Yaponiya koronavirusla mübarizə üçün İrana 2 milyard yarım yen yardım edib

Yaponiya koronavirusla mübarizə üçün İrana 2 milyard yarım yen yardım edib


Yaponiya hökuməti koronavirusla mübarizə aparmaq üçün İrana 2 milyard yarım yen (23 milyon dollardan çox) yardım edib.



Bu barədə, İranın Tokiyodakı səfirliyinin rəsmi “Twitter” səhifəsi martın 13-də məlumat yayaraq, İranda koronavirusun yayılmasının qarşısının alınması üçün dünya həmrəyliyinə ehtiyac duyulduğunu bildirib.



Qeyd edək ki, koronavirusa qarşı mübarizə aparmaq üçün bu günə qədər Fransa, Almaniya və Böyük Britaniya birlikdə 5 milyon avro, Azərbaycan Respublikası isə 5 milyon dollar İrana yardım edib.



Bundan başqa, İran hökuməti ölkədə koronavirusa qarşı mübarizə aparmaq üçün Beynəlxalq Valyuta Fondundan təcili olaraq 5 milyard dollar yardım tələb edib.

İran Səhiyyə Nazirliyi martın 13-də bəyanat yayaraq, ölkədə koronavirusa yoluxanların sayının 11364 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 514 nəfərə yüksəldiyini bildirib.

Geri dön