Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvanda əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Naxçıvanda əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

Naxçıvanda əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət saxlanılır.

Nazirlikdən bildirilib ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar ötən ay Yoluxucu Xəstəliklər Mərkəzi, Ağciyər Xəstəlikləri Dispanseri və Təcili Tibb Mərkəzi publik hüquqi şəxs statusu alıb, internet şəbəkə xətləri çəkilib, kompüter proqramı təminatı quraşdırılıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ edilən xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları gətirilib.
Fevral ayı ərzində muxtar respublikanın səhiyyə müəssisələrində kadrların bilik və bacarıqlarının artırılması məqsədilə 2 həkim Türkiyə Respublikasına, 6 həkim Bakı şəhərinə kurs keçmək, 6 orta tibb işçisi isə Naxçıvan şəhər tibb müəssisələrində təcrübə keçmək üçün göndərilib. Fevral ayında orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib, imtahanda 106 orta tibb işçisi iştirak edib, onlardan 98-i uğurlu nəticə qazanıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Culfa rayonunda yataq xəstələrindən olan 36 nəfəri evlərində tibbi müayinədən keçirib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 30 nəfərdə müayinə, 8 nəfərdə cərrahiyyə əməliyyatı aparılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Şəkərli diabetin müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Şahbuz rayonunda təhsil sahəsində çalışan 65 qadında və rayon sakini olan digər 33 qadında süd vəzinin profilaktik müayinəsi aparılıb, 7 nəfərdə patologiya aşkar edilərək Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət olunub.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Bakı şəhərindən olan əlillərdən 485 nəfərin Darıdağ Arsenli Su Müalicəxanası, Duzdağ Fizioterapiya Mərkəzi və Diaqnostika Müalicə Mərkəzi sanator-kurort müalicəsi üçün 363 min 390 manat dəyərində müqavilə hazırlanıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi 2020-ci ilin fevral ayı ərzində muxtar respublika üzrə 14 nəfəri Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 11 nəfəri isə müxtəlif xəstəxanalara müalicəyə göndərib.

Geri dön