Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Korona ilə Mübarizə Komandanlığı Qərargahının rəisi: "Artıq iş karantindən də keçib"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Korona ilə Mübarizə Komandanlığı Qərargahının rəisi: "Artıq iş karantindən də keçib"

Korona ilə Mübarizə Komandanlığı Qərargahının rəisi: "Artıq iş karantindən də keçib"


Korona ilə Mübarizə Komandanlığı Qərargahının rəisi Əlirza Zali artıq işin işdən keçdiyini, şəhərləri karantinə almağın da bir faydasının qalmadığını deyib.



O bildirib ki, bir çox rəsmilərin koronavirusu ciddiyə almaması, eləcə də dövlətin lazım olan işləri gec yerinə yetirməsi epidemiyanın ölkəni cənginə alması ilə nəticələnib. Rəsmi buna misal kimi insanların hələ də küçələrdə sıx olaraq gəzməsini və gündəlik həyat tərzlərini dəyişməməsini göstərib və bunu dövlət siyasətinin vətəndaşlara təlqin edilə bilməməsi ilə əlaqələndirib.



"İş koronavirusun qarşısını almaq üçün şəhərlər və əyalətlərin karantinə alınmasından keçib. Çünki artıq bölgələrin əksəriyyətində epidemiya kəskin şəkildə yayılıb. Buna görə də, onların karantinə alınmasının heç bir faydası yoxdur", deyə Əlirza Zali əlavə edib.


Korona ilə Mübarizə Komandanlığı Qərargahının rəisi sonda sənət adamlarından öz nüfuzlarından istifadə edərək, insanları koronavirusdan çəkinməyə və qorunmaq üçün lazım olan addımları atmağa təşviq etməyə çağırıb.

Geri dön