Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda tanınmış iqtisadçı və hüquq müdafiəçisi Fəriborz Rəis Dana koronavirusdan həyatını itirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda tanınmış iqtisadçı və hüquq müdafiəçisi Fəriborz Rəis Dana koronavirusdan həyatını itirib

İranda tanınmış iqtisadçı və hüquq müdafiəçisi Fəriborz Rəis Dana koronavirusdan həyatını itirib


İran Yazıçılar Birliyinin üzvü, tanınmış hüquq müdafiəçisi, sosialist iqtisadi və siyasi görüşləri ilə tanınan məşhur iqtisadçı və keçmiş siyasi məhbus Fəriborz Rəis Dana koronavirusdan ölüb.

İran saytlarının yaydığı xəbərə əsasən, “Covid-19” virusuna yoluxduğu üçün bir həftə əvvəldən Tehranın Pars xəstəxanasının reanimasiya şöbəsində müalicə alan Fəriborz Rəis Dana, bu gün sübh saatlarında səhhətinin pisləşməsinin ardınca dünyasını dəyişib.

Qeyd edək ki, Fəriborz Rəis Dana bundan əvvəl hakimiyyətin yürütdüyü iqtisadi siyasətini və onun bu sahədəki səriştəsizliyini tənqid etdiyinə görə, dəfələrlə rejimin təzyiqinə məruz qalmış, hüquqları məhdudlaşdırılmışdı.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 15-də koronavirus qurbanlarının sayı ilə bağlı yaydığı son statistikasına əsasən, dünən günorta saatlarına qədər İranda koronavirusa yoluxanların sayı 13938 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 724 nəfərə çatıb.

Geri dön