Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qırğızıstan hökuməti əcnəbilərin ölkəyə gəlməsinə qadağa qoyub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Qırğızıstan hökuməti əcnəbilərin ölkəyə gəlməsinə qadağa qoyub

Qırğızıstan hökuməti əcnəbilərin ölkəyə gəlməsinə qadağa qoyub


Qırğızıstan hökuməti koronavirusla əlaqədar əcnəbilərin ölkəyə gəlməsinə qadağa qoyub.

Bunu Qırğızıstan Baş Nazirinin müavini Aytınay Omurbekova Bişkekdə keçirdiyi brifinqdə söyləyib.

O deyib ki, Qırğızıstandakı xarici vətəndaşlar ölkədən sərbəst çıxa bilərlər. Xarici dövlətlərdə yaşayan və işləyən vətəndaşlarımız isə istədikəri vaxt Qırğızıstana qayıda bilərlər. Bu qadağa Qırğızıstana gələn yük maşınlarına şamil edilmir.

A.Omurbekova vurğulayıb ki, Qırğızıstanda hələlik koronavirusa yoluxan olmasa da, karantinə 500 nəfər yerləşdirilib. İnanırıq ki, onlarda da virus aşkar olunmayacaq.

Baş Nazirin müavini vurğulayıb ki, ali və orta məktəblərdə üç həftəlik tətil elan olunub, vətəndaşlara xarici ölkələrə getməmək tövsiyə edilib.

Geri dön